Şəhidin var – Başın sağ olsun Vətən!

Xəbərlər

12 iyul günorta saatlarında Azərbaycan – Ermənistan sərhədində düşmən atəşkəsi pozaraq təxribata əl atıb: Hər iki tərəfdən itkilər var. Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu şəhid olub, 4-ü yaralanıb.
“Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”–Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Xarici İşlər Nazirliyi bu barəda belə bir məlumat məlumat yayıb
“Təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət eydiyini açıq şəkildə nümayiş etdirir.“
“Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. Lakin beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasəti ilə bağlı tutduğu mövqe hamıya aydındır.”
“Düşmən qüvvələrinin bütün təxribatlarının qarşısı bundan sonra da layiqincə alınacaq.”

“Azərbaycan tərəfi minamyotlar və tanklardan istifadə edərək mövqelərimizi atəşə tutur.”
Bu sözləri Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan deyib.

Ermənistan Respublikasının müdafiə naziri David Tonoyan, Azərbaycan Ordusunun addımlarından qorxaraq, ATƏT-ə şikayət edib.
Məlumatı Ermənistan ordusunun polkovnik-leytenantı Artsrun Hovhannisyan yayıb.

Qondarma DQ Respublikası prezidentinin sözçüsü Vahram Poghosyan da bu məsələyə öz fikrini bildirib:
“Hadisələri diqqətlə izləyirik, Azərbaycan tərəfi geri addım atmazsa, ‘Artsax’ döyüşçüləri Tovuza gedib öz erməni qardaşlarına kömək edəcək”.

Gəncsən? Başla! portalı olaraq 12-13 iyul tarixində cəbhədə baş verən məlumatların məcmusunu sizə təqdim etdik.
Biz inanırıq ki, növbət paylaşımlarımız zəfər sevinci olacaq!

http://gencsenbasla.az

1 thought on “Şəhidin var – Başın sağ olsun Vətən!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir