“Qırmızı Kitab” haqqında araşdırma

Maraqlı Xəbərlər

Qırmızı kitab Yer kürəsində tükənmədə və nəsli kəsilməkdə olan bitki, heyvan və göbələklər haqqında məlumatların mövcud olduğu kitabdır. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tükənməkdə olan canlıları müxtəlif qruplarda aşağıdakı kimi təsnifatlaşdırmışdır:

  1. Nəsli kəsilmiş;
  2. Vəhşi təbiətdə mövcud olmayan;
  3. Son həddə çatmışlar
  4. Nəsli kəsilmə təhlükəsi olanlar;
  5. Həssas növlər;
  6. Nəsli kəsilmə təhlükəsinə yaxın olanlar;
  7. Ən az narahatlıq yaradan;
  8. Haqqında məlumat az olanlar;
    9.Qiymətləndirilməmişlər.
    BTMİ 1949-cu ildə nadir növlər üzrə Komissiya yaratdı. Komissiyanın öndə vəzifələrinə nəsli kəsilməkdə olan nadir bitki və heyvan növlərinin öyrənilməsi, beynəlxalq müqavilələrin layihələrini işləyib hazırlamaq, bu cür növlərin mühafizəsi üzrə xüsusi təlimatların hazırlanması və s. aid idi. Nəsli kəsilməkdə olan növlər sayının az olması və ya hansısa ətraf mühit amilinin təsiri ilə yox olmaq təhlükəsinə məruz qalan növlərdir.
    “Qırmızı kitab” insanlar üçün məlumat mənbəyi olmaqla yanaşı, həm də dövlət sənədidir. Bu kitabda adları çəkilən bitki və heyvanları qanunsuz ovlayanlar cərimə edilə və azadlıqdan məhrum edilə bilərlər. “Qırmızı kitab”da adı olmayan yüzlərlə bioloji növlərin ovlanması və ticarəti ölkələrarası və beynəlxalq müqavilələrə əsasən, məhdud və ya tamam qadağan edilmişdir. Nəsli kəsilməkdə olan bitki və heyvanların məhv edilməsi və ovlanması ilə mübarizəyə Azərbaycan Respublikası da qoşulmuşdur.
    Beynəlxalq “Qırmızı kitab”a daxil edilmiş bitki və heyvanlar üzərində Beynəlxalq ictimai təşkilatların rəhbərliyi altında monitorinq təşkil edilir və onun nəticələrinə uyğun tədbirlər həyata keçirilir. Milli “Qırmızı kitab”a daxil edilən bioloji növlər müəyyən bir dövlət tərəfindən nəzarət altına alınır. Məsələn,bu heyvanların ovlanmasının qadağan edilməsi,torpaqların mənimsənilməsinin məhdudlaşdırılması,qoruq və yasaqlıqların yaradılması və s. Lakin bir reallıq da var ki, nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan növlərin çox az bir qismi dövlətlər tərəfindən hüquqi müdafiə ilə təmin olunur. Bitki və heyvanların nəslinin kəsilməsinin əsas səbəblərindən biri də onları məhv edənlərin cəmiyyət tərəfindən qınanılmaması, onlara qarşı mənfi ictimai rəyin formalaşmamasıdı. Növlərin nəslinin kəsilmə sürəti son 150 ildə daha çox artmışdır. Bu sürət Yer tarixində əvvəlki dövrlərdə olan kütləvi məhv olmalardan 10-100 dəfə artıqdır. Heyvanların və bitkilərin nəsillərinin məhv edilməsinin sürəti bu cür davam edərsə və ya gələcək vaxtlarda daha çox sürətlənərsə,onda yaxın onilliklərdə nəsli kəsilmiş növlərin sayı milyonlarla çatar. Bu da gələcəkdə flora və faunanın məhvinə gətirib çıxara bilər.
    Azərbaycanın “Qırmızı kitab”na düşən heyvan növləri-Milli Elmlər Akademiyasının müvafiq institutları ilə birgə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Qırmızı kitab”ın II nəşrinin hazırlanması istiqamətində gərəkli tədbirlər həyata keçirildi. Tədqiqatçılar öyrənmişlər ki, 1600-cü ildən bəri 150-dən çox vəhşi heyvanın və quşların nəsli tamamilə kəsilmişdir. Respublikamızın “Qırmızı kitab”ının tərtib olunması üçün 1977-ci ildə qərar verilmişdir. Kitab 1989-cu ildə nəşr olunmuşdur. Bitki və heyvanların “Qırmızı kitab”a düşməsi onların sayının azalmasının qarşısını xeyli almışdır. Respublikamızın “Təbiət gözəli” adlandırılan ceyranların sayı bu gün artaraq 8 minə çatmışdır. Adı “Qırmızı kitab”a düşən bir çox bitki və heyvanlar isə ciddi surətdə qorunur.
    Azərbaycan Respublikasının “Qırmızı kitab”ına 108 növ heyvanın adı daxil edilmişdir. Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır. Azərbaycan Respublikasında nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin qorunub saxlanılması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır.
    Berkut məhdud ərazidə, xüsusən də, yüksək dağlarda yuva salan quşlardandır. Qafqaz tetrası Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbaş ördək Xəzərin sahilində, respublikanın su tutarlarında qeydə alınıb. Naxçıvan MR-də Qaya keçisi və Cənubi Qafqaz muflonuna, ceyrana təkcə Şirvan qoruğunda, Bəndovan və Korçayda rast gəlinir. Dağıstan turu Böyük Qafqazın cənub ətəyində, Balakən, Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qalmışdır.
    Qırmızı kitaba düşən bitkilər: Hirkan şümşadı, dəmirağac, şabalıdyarpaq palıd, Hirkan ənciri, Hirkan armudu, Xəzər lələyi, ikək akasiyası, Qafqaz xurması, ürəkyarpaqlı qızılağac, budaqlı danaya, Hirkan bigəvəri, Eldar şamı, Qafqaz rododendron, çoban sarmaşığı, Laqodex acıçiçəyi, təmiz kladoxeta, qaraçöhrə, Şərg çinarı, Qafqaz xədicəgülü, məxməri gərməşov, Naxçıvan gəvəni, Araz palıdı, Xəzər zəfəranı, su zanbağı və Qafqaz dəmirağacı. 
    Hazırladı : MDU üzrə koordinator – Fəxriyyə Qüdrətl

https://gencsenbasla.az

Facebook Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir