“Tarix, tarix yazanları unutmur”

Xəbərlər

Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).

1 illik Prezidentlik fəaliyyəti (8 iyun 1992-13 iyun1993) :

  1. Ermənistanı ilk təcavüzkar dövlət kimi tanıyan İslam Konfransı oldu ( 17 iyun 1992)
  2. Qarabağ müharibəsi zamanı geniş miqyaslı uğurlu hərbi əməliyyatlar aparıldı (13 iyun 1992)
  3. Brüsselde Avropa İttifaqı Dağlıq Qarabağa dair bəyanat qəbul etdi (22 may 1992)
  4. Ağdərə bölgəsi, Goranboy ərazisi, Laçının 33 kəndi, Cəbrayılın 10 kəndi erməni və rus hərbi birləşmələrindən təmizləndi.
  5. Azərbaycan Respublikası ATƏT və BMT – yə üzv oldu.
  6. Bütün qəzetlərin rəsmi fəaliyyətinə icazə verildi.
  7. Məscidlər dindarlara qaytarıldı.
  8. Bütün siyasi partiyalara qeydə alındı.
  9. Qəbul imtahanlarında rüşvətə son qoyan test üsulu tətbiq edildi
  10. Azərbaycan türklərinin kimliyi, tarixi və mədəniyyəti bərpa olundu.
  11. Milli Azadlıqların hüquqları ilə bağlı fərman imzalandı.
  12. Müəllimlərin maaşları artırıldı.
  13. Latın qrafikalı əlifbaya keçirildi.
  14. Milli valyuta yarandı. Manat dövriyyəyə buraxıldı.
  15. Pambıq yığma əhalinin zorla praktikaya aparılması ləğv edildi.
  16. Sovet Respublikaları içərisində ilk olaraq rus ordusu Azərbaycandan çıxarıldı (25 may 1993)
  17. Sərhədlərimiz yaradılmış Milli Sərhəd Qoşunları tərəfindən qorunmağa başlanıldı

https://gencsenbasla.az

Facebook Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir