“3 Rəngin kölgəsində” online müsabiqəyə start veririk!

Müsabiqələr Xəbərlər

Salam Dəyərli Gənclərimiz!

28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür.

1990-cı ildən bəri tariximizin bu şanlı səhifəsi “Respublika Günü” kimi qeyd edilir.

Gəncsən? Başla! portalı olaraq 28 May – Respublika Günü’nə özəl universitetlər arası “3 Rəngin kölgəsində” adlı müsabiqəyə start veririk!

Müsabiqə ümumi Azarbaycan universitetləri arasındadır və 3 mərhələdən ibarətdir.

Mərhələlər növbəli şəkildə 23, 25, 28  May tarixində; saat 19:00, 20:00, 21:00-da WhatsApp vasitəsilə həyata keçiriləcək.

1-ci mərhələ seçim mərhələsidir. Hər universitet üzrə 1 cavab göstəricisi yüksək olan tələbələr növbəti mərhələyə keçid alacaq.

2-ci mərhələ hər universitet üzrə 3 cavab göstəricisi yüksək olan tələbə öz universitetini final mərhələsində təmsil etmək hüququ qazanacaq.

3-cü mərhələ cavab göstəricisi yüksək olan 1 universitet qalib elan olunacaq. Qalib elan edilən universitet təmsilçisi diplom və hədiyyə, 2, 3-cü yer təmsilçiləri diplomla təltif olunacaqlar.

Sual məzmunu : 28 May – Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Respublikası və 3 gizli mövzudan ibarət olacaq.

Sual sayı : 10, 15, 20 olmaqla mərhələ üzrə dəyişir.

Qeydiyyat linki :
https://docs.google.com/forms/d/1kCKK-Gya6_S7Tu5BLkPRQx7Ukd-RGCaqddqurgEUKSM/edit?usp=drive_web

Qeyd : Müsabiqədə iştirak etmək hüququ hər universitet üzrə sorğu əsasında seçilmiş şəxslərə veriləcək.

Gəncsən? Başla! portalı olaraq hər birinizə uğurlar arzulayırıq!

https://gencsenbasla.az

Facebook Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir