Operativ Qərargahın təhsil prosesi və imtahanlarla bağlı qərarları – RƏSMİ

Xəbərlər

Nazirlər Kabineti yanında Operativ Qərargah məktəblərdə təhsil və ali təhsil müəssisələrinə qəbul imtahanları ilə bağlı brifinq keçirir.

Gencsenbasla.az xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramov və Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının rəhbəri Məleykə Abbaszadə bir sıra məsələlərə aydınlıq gətirib.

– İyun ayının 1-də tədris prosesi bərpa edilməyəcək

– 9-cu sinif buraxılış imtahanlarının 2-ci mərhələsi iyun ayında keçiriləcək. 1-ci mərhələdə iştirak edənlər bu mərhələdə iştirak etməyəcək

– 11-ci sinif buraxılış imtahanları iyunda keçiriləcək

– Orta ixtisas təhsili müəssisələrinə qəbul buraxılış imtahanına əsasən müəyyən olunacaq

– Peşə təhsili müəssisələrinə qəbul hər zaman olduğu kimi avqustda təşkil ediləcək

– Ali təhsil müəssisələrinə qəbul imtahanı bir dəfə keçiriləcək və iyul ayında nəzərdə tutulub

– Mart, Aprel, May, İyun aylarında keçirilməli dərslər qəbul imtahanlarına daxil edilməyəcək

–  Ali təhsil müəssisələrində tədris ili uzadılmayacaq

– Yay imtahan sessiyası iyun-iyul aylarında keçiriləcək

– Son kursda təhsil alan tələbələr iyun ayında yekun attestasiyası olacaq

– Diplom işi və dövlət imtahanı ənənəvi və ya onlayn formada keçiriləcək

– Digər kursda təhsil alan tələbələr üçün imtahanlar universitet və ixtisasdan asılı olaraq, onlayn və ya ənənəvi formada təşkil olunacaqdır

http://Gencsenbasla.az

Facebook Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir