FUTBOL HAQQINDA MƏLUMAT

Faydalı İdman Xəbərlər


FUTBOL-un tarixi

Romada “Xarpastum” adlı futbol növü

Eramızdan əvvəl 55-ci ildə Britaniyanı fəth edən Yuli Sezarın Roma legionerlər izləri ilə futbolun “xarpastum” adlı növünü gətirmişdilər.

Çində “Çju-ke” adlı futbol növü

Lakin, Coffri Qrinin yazdığı “Futbolun tarixi”nə əsasən məlum olur ki, Çində futbolu hələ eramızdan əvvəl IV və
III əsrlərdə oynamışlar və futbol Çində hərbi hazırlığın bir hissəsi hesab edilirmiş.
Xan sülaləsinin tarixində eramızdan əvvəl 206-cı ildən eramızın 25-ci ilinə qədər “çju-ke” (Çju – ayaqla vurmaq, ke – isə üfürülmüş dəri top deməkdir) oyunundan bəhs edən salnamələr var. İmperatorun ad günündə iki ən yaxşı komanda saray qarşısında “görüş” keçirərdi.
“Çju-ke” oyununu keçirmək üçün hərəsinin hündürlüyü 30 fut olan iki bambuk şüvülünün arasına ipək tor çəkərdilər. Torda diametri bir futdan azacıq böyük olan yarıq düzəldilirdi.
Komandaların oyunçuları növbə ilə topu ayaqlarıyla bu yarıqdan keçirməyə çalışırdılar.
Qalibləri çiçək dəstələri, meyvə, şərab, gümüş kuboklarla mükafatlandırırdılar.

İngiltərə futbolunda müzakirə gedirdi: “yalnız ayaqla” oynasınlar, yoxsa “ayaq və əllə”?

İngiltərədə futbol ən azı 8-ci əsrdən mövcuddur. 1863-cü ilin oktyabrında Londonda top oyunu həvəskarları toplaşırlar. Onlar arasında mübahisə gedir: futbolu “yalnız ayaqla” oynasınlar, yoxsa “ayaq və əllə”?

“Yalnız ayaqla” oyun tərəfdarları öz ittifaqlarını yaradırlar. Bu ittifaq da oyunun ilk qaydalarını işləyib hazırlayırlar. Həmin qaydalar heç də mükəmməl deyildi və bir neçə onillik ərzində ona əlavələr oldu, dəyişikliklər edildi. Hakim meydana fit ilə yalnız 1878-ci ildə çıxmışdır. Həmin vaxta qədər hakim meydandan kənarda otururdu və oyunçular ona müraciət etdikdə onların mübahisələrini həll edirdi.
Onbirmetrlik cərimə zərbəsi (penalti) 1891-ci ildən oyunun qaydalarına daxil edilmişdir. 1926-cı ildən isə birbaşa küncdən zərbə ilə vurulan qolları da hesaba almağa başlamışlar. 1862-ci ildə onun əsas qaydalarının və qanunlarının bu cür dəqiqliklə və aydın şəkildə yazılmasına yalnız heyran olmaq olar.

Müəllim Trinqin qaydaları aşağıdakılardan ibrətdir:

1.Yalnız əllə atma halları istisna olmaqla, qapıya vurulan top o zaman qol sayılır ki, o qapı dirəklərinin arasından və qapı çatının altından keçsin. Praktik olaraq bu qayda dəyişilməz qalıb.

2.Zərbə vurmağa hazırlaşan zaman topu öz qarşında əllə saxlamağa icazə verilir.
(Futbol assosiasiyasının mövcud olduğu ilk illərdə bu qayda qəbul olunmuşdu, lakin
sonradan ondan imtina etdilər).

3.Ayaqla yalnız topa zərbə vurmağa icazə verilir.
(Rəqibə ayaqla zərbə endirmək indi də qadağandır).

4.Havada olan topa zərbə vurmağa icazə verilmir.(Bu qayda futbol assosiasiyası tərəfindən qəbul olunmayıb, amma bir indi gözəl başa düşürük ki, Trinq təhlükəli oyundan və zədələnməkdən ehtiyat edirmiş).

5.Badalaq vurmaq, qıçdan dartmaq qadağandır.

6. Topu yan xətdən kənara çıxaran oyunçunun özü onu həmin yerdən oyuna daxil etməlidir.

7. Qapı xəttindən çıxan topu həmin qapını qoruyan komandanın oyunçularından biri qapı xəttinin üstündən ayaqla oyuna daxil etməlidir.

8. Zərbə zamanı rəqib komandanın oyunçusunun zərbəni icra edən oyunçudan altı addımdan yaxın məsafədə dayanması qadağandır.
(Bu məsafə indi 11 metrə bərabərdir).

9. Oyunçu topdan qabaqda olarsa “oyundan kənar” vəziyyətdədir. O, dərhal topdan arxadakı vəziyyəti tutmalıdır. Əgər komanda yoldaşı tərəfindən belə vəziyyətdə olan oyunçuya top ötürülürsə, rəqiblərdən və yaxud öz yoldaşlarından bir qaçıb topa çatana və ona zərbə vurana qədər həmin oyunçu topa toxuna bilməz, ona zərbə vura bilməz, irəli
hərəkət edə bilməz.
(Bu, şəksiz ki, “oyundan kənar” vəziyyəti müəyyənləşdirən sərt qaydanın həyata
keçirilməsinin ilk nümunəsidir).

10. “Oyundan kənar” vəziyyətdə olan oyunçunun rəqibə hücum etməsi qadağandır.
(“Oyundan kənar” vəziyyətdə olan oyunçunun rəqibinə hücum etməsinin qadağan olunması indi qüvvədədir.).

FİFA reytinq cədvəli barədə

FİFA reytinq cədvəli 1992-ci ilin dekabr ayında yaradıldı və 8 komanda (Braziliya , Argentina , Belçika, Almaniya , Fransa, İtaliya, Hollandiya və İspaniya ) ən üst
sırada yer aldılar. Bu sıralamada Braziliya millisi ən uzun zaman 1-ci yerdə qərarlaşan komandadır. Futbol üzrə dünya çempionatı dörd ildən bir təşkil edilir. 1930-cu ildə keçirilən çempionatın qalibi Uruqvay komandası olmuşdur. Sonuncu çempionat 2018-ci ildə 14 iyun15 iyul tarixləri arasında Rusiyada keçirilmiş və Fransa milli komandası çempion olmuşdur.

Dünyanın ən məşhur futbolçularının siyahısı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ötən ildə dünyanın ən məşhur futbolçularının siyahısını açıqlayıb.

1. Lionel Messi

2. Cristiano Ronaldo

3. Zinedine Zidane

4. Ronaldo Luis Nazario

5. Ronaldinho

6. Thierry Henry

7. Xavi

8. Andres İnyesta

9. Paolo Maldini

10. Roberto Baggio

Futbol barədə ilk dəfə əldə edəcəyiniz maraqlı məlumatlar

Bir neçə ölkədə (Əfqanıstan, Qrenlandiya, Kampuçiya və s.) futbol oyunları qadağan edilib.

ABŞ-ın bir ştatında isə futbol oynamağa icazə yalnız meydançanın kilsədən bir kilometr aralıda olduqdan sonra oynamağa icazə verirlir.

Futbol tarixində ən uzun qarşılaşma kimi, iki irland futbol klubu arasında keçirilən oyun qeydə alınıb. Qalib düz 65 saat 1 dəqiqədən sonra məlum olub.

Braziliyada “Kakova” futbol klubu daxili işlər nazirinin əmri ilə ləğv edilib. Komanda heç də pis nəticələr göstərmirdi. Lakin məsələ burasındadırki, bu komandanın üzvləri hamısı polis
işçiləri
idi və onların oyunlarında azarkeşlərin əksəriyyəti polis işçiləri olurdu. Bu isə şəhərdə qanun pozuntularının artması ilə nəticələnirdi.

Futbol oyunlarında səsləndirilən “Ole-ole-ole” şüarları İspaniyadan yayılıb. Bu şüarlar müxtəlif kütləvi tədbirlərdə səsləndirilərdi. Lakin İspaniyaya da bu şüar 8-ci əsrdə ölkəni fəth edən ərəblərin “Allah-Allah-Allah” şüarı formasında gətirilib. Sonralar bu şüarlar
formasını dəyişib.

Polşa şəhərlərinin birində keçirilən futbol
yarışında komandalardan biri 11 doğma
qardaşdan
ibarət idi. Onlar bənna Osinskinin 15 yaşdan 28 yaşına qədər olan oğulları idilər. Komanda qarşılaşmada qələbə qazana bilməsədə azarkeşlər bu unikal komandanı coşqu ilə alqışlayıblar.

İtaliyanın Asti şəhərində keçirilən futbol
qarşılaşması zamanı oyunçulardan biri topa zərbə vurmaq istiyərkən ayağı yerə ilişərək zədə alıb. Araşdırmalardan sonra həmin yerdə oyunçunun ayağına ilişən əşyanın tarixi tapıntı hesab edilən insan skeletinin olduğu aşkar edilib.

Son nəticədə oyunçu pul mükafatı alıb və “arxeoloji tədqiqatlara can atdığı üçün”
ordeni ilə təltif edilib.

Hazırladı: Aytac Nağısoy

http://Gencsenbasla.az

https://www.instagram.com/gencsenbasla.az?r=nametag

Facebook Comments

1 thought on “FUTBOL HAQQINDA MƏLUMAT

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir