Millət vəkili ilə görüş

Təlimlər Xəbərlər

Adımızdan da məlum olduğu kimi portalımız gənclər üçün bütün məşğuliyyətləri, inkişafı və düzgün karyera qurma imkanını bir araya toplayan bir mərkəzdir.

Beləliklə Gəncliyimizin, yəni uğurlu gələcəyimizin yüksək səviyyədə inkişafı üçün hər bir yenilikləri edir və sizlər üçün faydalı xidmət göstərməyə çalışırıq. Daha da böyüyən komandamızla birgə sizin üçün bütün axtarışlarınızı və görmək istəyəcəyiniz başlıqları portalımızda mövcud etmişik.

Əsas məqsədimiz inkişaf etmək və enerjisini sərfəli istifadə etmək istəyən fərdlərdən ibarət möhkəm bir gənclik qurmaqdır.

Bizimlə həm inkişaf edəcək, həm öyrənəcək, həm də maariflənəcəyiniz yeniliklərlə tanış olacaqsız. Hər zaman “Gəncsən Başla” ailəsi olaraq daha keyfiyyətli və yararlı olan bütün yeniliklərə imza atacağıq.

Gəncsən? Başla! portalı olaraq fəaliyyətimizi müxtəlif istiqamətlərdə davam etdiririk. Karantin müddətində olduğumuz üçün online layihələrimiz üstünlük təşkil edir.

Bu dəfə Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Müşfiq Cəfərov bizimlə birlikdə olacaq.
Həyat təcrübəsini, uğurlarının sirlərini bizimlə bölüşəcək və Azarbaycan gəncliyinə öz töhfəsini verəcək.

Görüşümüz Zoom mobil tətbiqi ilə həyata keçiriləcək.

Qeydiyyatdan keçmək üçün tələsin yerlərimiz məhduddur.

Qeydiyyat üçün aşağıdakı əlaqə nömrələrinə müraciət edə bilərsiniz :
+994 50 790 38 84
+994 70 818 80 63

http://Gencsenbasla.az

https://www.instagram.com/gencsenbasla.az?r=nametag

Facebook Comments

1 thought on “Millət vəkili ilə görüş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir