“Uğurlu karyeranın sirri” adlı vebinar

Təlimlər

“Gənclər və ünsiyyət” silsilə onlayn görüşləri çərçivəsində “Uğurlu karyeranın sirri” adlı vebinar keçiriləcək. Vebinar AkuKaryera Mərkəzi ilə GəncSən Başla portalının ortaq layihəsi əsasında təşkil olunub.
29 aprel 2020-ci il tarixdə saat 16.00-da Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.
Vebinarda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzovun, sosioloq-ekspert Zəminə Səfərovanın və fəal gənclərin onlayn iştirakı nəzərdə tutulub.
Görüşün məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, könüllülük fəaliyyətini gənclər arasında təbliğ edilməsi, onları cəmiyyətin elmi, mədəni və sosial həyatında iştiraka və könüllü fəaliyyətlərə həvəsləndirməsi, karantin rejimi müddətində evdə qalan gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, onları maraqlandıran sualların cavablandırılmasıdır.
Görüşdə iştirak etmək üçün gənclər adını, soyadını, təvəllüdünü, təhsil aldığı və ya işlədiyi müəssisəni qeyd edərək Nərimanov Rayon Gənclər və İdman İdarəsinin email ünvanına göndərilməlidir. ([email protected]) və ya formdan qeydiyyat keçə bilərsiniz
https://docs.google.com/forms/d/1_F7OwD_bxy3iKQuynmkIHPqvjLIGIxSJOdnImkzjcPQ/edit?usp=drivesdk
Qeydiyyat müddəti bu gün saat 18:00 a qədər nəzərdə tutulub.

Qeydiyyatdan keçən gənclər zoom proqramı ilə video görüşdə iştirak Edəcəklər.

Facebook Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir