UĞURLU MÜSAHİBƏ ÜÇÜN QIZIL QAYDALAR

Faydalı Müsahibə Xəbərlər

Əziz və hörmətli gənclərimiz, bu hazırladığımız məlumatın məqsədi sizi müsahibə anlayışı ilə tanış etməkdir.
Müsahibə nədir?

Müsahibə iş axtaran namizədin həmin vakansiya və şirkətin onun məqsəd, gələcək planlarına və maraqlarına nə qədər uyğun olub-olmamasını müəyyən edən bir  prosesdir.

Qızıl qayda:

müsahibədən ən ağıllı və savadlı yox, müsahibəyə ən hazırlıqlı şəxs keçir. Ona görə də müsahibənin formatından, yerindən, mərhələsindən asılı olmayaraq o müsahibəyə hazırlaşmaq lazımdır.

Hazırlaşmaq nə üçün lazımdır?

Müsahibəyə bir yarışma, bir oyun kimi baxın harada ki, siz qaydaları bildiyinizə görə xal qazanıb sonda qalib ola biləsiniz.
Əsas məsələ odur ki,müsahibə götürənlər sizdən bu qaydaları bilməyinizi gözləyirlər, lakin namizədlər çox vaxt bunları bilmir və ya vacib olmadığını düşünürlər.

Hazırlıq 2 hissədən ibarət olur:
1.Özünüzü tanımaqdan
2.Qarşı tərəfi tanımaqdan

Özünü tanımağa nə aiddir:

1.Bu işə uyğun bacarıqlarınız və təcrübələriniz hansılardır
2.Əsas nailiyyətləriniz
3.Düzəliş olası və inkişaf etdiriləsi sahələr

Qarşı tərəfi (işəgötürəni) tanımağa nə aiddir:

1.Şirkət barədə ümumi məlumat, yəni nə vaxt yaradılıb, məqsəd və dəyərləri nədir
2.Hansı istiqamətlərdə çalışır, əsas məhsul və fəaliyyətləri nələrdir
3.Ən böyük uğur və nailiyyətləri hansılardır
4.Son layihələri və gələcək planları nədir
Bunun üçün əsasən şirkətin saytını və sosial media hesablarını (facebook,instagram ) incələyin.
5.Son mərhələ isə uyğunlaşdırmadan  ibarətdir.

Bunun üçün həmin vakansiyada qeyd olunan “öhdəliklər və vəzifələr” hissəsinə xüsusi diqqət yetirin.Orada qeyd olunanlara uyğun hansı təcrübə, bilik və bacarıqlarınızın olduğunu müəyyən edin. Misal üçün, əgər liderlik təcrübəsi tələb olunursa, siz layihədəki menecer işinizdən və hətta qrup nümayəndəliyindən belə misal verə bilərsiniz.

Zəng gəldiyi təqdirdə nə etmək lazımdır:

1.Əgər münasib deyilsinizsə, qısa salamlaşıb və zəngin məqsədini öyrənirsiniz.Üzürxahlıq edib, sonra zəng edə biləcəyinizi bildirirsiniz.
2.Əgər münasibsinizsə və sizin çoxdan gözlədiyiniz bir şirkətə müsahibəyə dəvət edirlərsə, sevindiyinizi göstərmək lazımdır, lakin emosiyalarınıza hakim olan vəziyyətdə göstərmək lazımdır.
3.Müsahibə vaxtı sizə uyğun deyilsə bunu bildirin və öz variantınızı irəli sürün.
4.Müsahibə kiminlə olacaq məlumatını zəng zamanı öyrənin.
5.Özünüzlə nə gətirməlisiniz sualını verin (misal üçün rezumenin bir  nüsxəsini, keçmiş iş yerlərindən xasiyyətnamə və s.)

Unutmayın, müsahibə və sizin qiymətləndirilmə prosesi artıq ilk zənglə başlayır.

Necə geyinmək lazımdır?

1.Şirkətin geyim tərzi barədə araşdırma edib ona uyğun geyinmək olar.
2.Əgər heç bir məlumatınız yoxdursa, onda rəsmi geyimə üstünlük verin. Geyim sadə, təmiz və səliqəli olmalıdır.
3.Müsahibəyə çox bəzənib getməyin.
4.Sport geyimlərdən uzaq olun.

MÜSAHİBƏNİN TOP SUALLARI

Hər bir müsahibə fərqli vakansiya və fərqli ehtiyac səbəbi ilə keçirilsə belə işəgötürənin məqsədi eynidir və o əsasən 2 suala cavab axtarır:
1.Bu insan bu işi görə bilərmi?
2.Bu insan bizim şirkətə uyğundurmu?

Ona görə də müsahibədə verilən bütün suallar bu yuxarıdakı suallara cavab tapmaq məqsədi daşıyır.

Vacib: Verilən suallara cavab verərkən aşağıdakılara diqqət edin.
1.Siz özünüzün eşitmək istədiyinizi yox, qarşı tərəfin eşitmək istədiyini nəzərə alın. Bunu necə müəyyən etmək olar? Misal üçün “nəyə görə bizimlə işləmək istəyirsiniz?” sualına “iş tapmaq, pul qazanmaq, inkişaf etmək” istəyirəm cavablarındansa daha çox “mənim üçün öz sahəsində lider olan şirkətdə işləmək çox əhəmiyyətlidir.”
2.Şirkət haqqında müəyyən məlumatları bilmək lazımdır.
3.Həyəcanlı olmaq lazım deyil.
4.Bədən diliniz olmalıdı.
5.Əl ilə oynamaq olmaz.
6.Telefonu söndürməlisiniz.

Hər bir müsahibədə suallar fərqli olacaq, lakin biz aşağıda sizə ən çox qarşınıza çıxa biləcək sualların siyahısını və cavab vermə texnikasını təqdim etmişik:

1.Özünüzü təqdim edin
2.Nəyə görə sizi seçməliyik?
3.Niyə görə bu işdə işləmək istəyirsiniz?
4.İş yerinizi nəyə görə dəyişirsiniz?
5.Özünüzü 5 il sonra harda görürsünüz?
6.Sizin güclü tərəfləriniz hansılardır?
7.Sizin zəif tərəfləriniz hansılardır?
8.İşinizdə ən böyük nailiyyətləriniz nə olmuşdur?
9.Bu vəzifədən nə gözləyirsiniz?
10.Əmək haqqı barədə gözləntiləriniz?

Müsahibədə sizin HR-a verə biləcəyiniz TOP 10 sual

1.Mənim iş öhdəliklərimə nə aid olacaq?

2.Təcrübə dönəmi varmı və varsa, məndən gözləntilər nə olacaq?
3.Bu yeni vəzifədir ya köhnə?
4.Şirkətdə iş rejimi necədir?

5.Şirkətdə işçilərin inkişafı üçün nə cür fəaliyyətlər reallaşdırılır?

6.Gələcək illər üçün şirkətin qarşısına qoyduğu ən böyük hədəflər nələrdir?

7.Birbaşa müdirim kim olacaq?

8.Bu işdə uğurlu olmaq üçün ən vacib xüsusiyyətlər hansılardır?

9.Bu vəzifənin artım və inkişaf perspektivləri nədir?

10.İşim hansı meyarlara əsasən və necə qiymətləndiriləcək?

Müsahibədən sonra nə etmək olar?

İşəgötürən şəxsə və şirkətə bir təşəkkür məktubu yazmaq lazımdır. Bununla Siz bir daha işə marağınızı və peşəkarlığınızı göstərə bilərsiniz və özünüz barədə xatırlada bilərsiniz.

http://Gencsenbasla.az

https://www.instagram.com/gencsenbasla.az?r=nametag

Facebook Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir