Uğurlu gələcək naminə Macarıstanda təhsil

Faydalı Xəbərlər

Macarıstanda təhsil — keçmiş Şərq Blokundakı təhsil sisteminin getdikcə Avropa Birliyinə inteqrasiyası şəklində formalaşıb və hazırda Avropa Birliyi standartlarına əsasən fəaliyyət göstərir
Macarıstanda ilk universitet 1367-ci ildə yaradılmışdır və ali təhsilin tarixi təxminən 650 ildir. Macarıstanda bakalavr təhsili 3 il (bəzi mühəndislik sahələrində 3.5 il), Magistr təhsili isə 2 il davam edir. Tibb təhsili 6 il, Diş Həkimliyi və Əczaçılıq isə 5 ildir.
Macarıstanda xeyli təhsil müəssisələri Budapeştdə təmərküzləşib, ən böyük və məşhur ali təhsil müəssisələri bunlardır:

Budapeşt Beynəlxalq Biznes Məktəbi;
MET (keçmiş BKF);
Andraşi Universiteti (AndrássyUniversity);
Korvinus Universiteti (CorvinusUniversity);
Sent İştvan Universiteti (SzentIstvánUniversity);
ELTE;
Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti (BME);
Mərkəzi Avropa Universiteti (CentralEuropeanUniversity);
Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi (CentralEuropeanUniversityBusinessSchool);
Obuda Universiteti.
Budapeştdən kənarda yerləşən məşhur universitetlər isə bunlardır:

Debreçen Universiteti (University of Debrecen);
Dunauyvaroş Universiteti (University of Dunaújváros);
Peç Universiteti (University of Pecs);
Mişkolç Universiteti (University of Miskolc);
Seqed Universiteti (University of Szeged);
Kapoşvar Universiteti (University of Kaposvar).
Əcnəbilərin Macarıstanda ali təhsili Redaktə
Macarıstan 2004-cü ildən Avropa Birliyi üzvü olduğundan ali məktəbləri artıq çox illərdir ki, kredit sistemi və Boloniya prosesinə qoşulublar. Məhz bu səbəbdən dünyanın hər bir tərəfindən müxtəlif ölkələrin vətəndaşları Macarıstana təhsil almağa gəlirlər və Macarıstanda demək olar ki, dünyanın bütün ölkələrindən olan şəxslərə rast gəlmək mümkündür.

Əcnəbilər bir çox səbəblərdən Macarıstanda təhsili seçirlər:

Avropa Birliyi və Şengen zonasında çox münasib təhsil və yaşayış xərcləri;
Nobel mükafatı qazanmış alimlər və ixtiraçılar yetişdirən təhsil6 sistemi;
Daha az sənəd tələb edən və sadələşdirilmiş qəbul şərtləri;
Macarıstanın əcnəbi tələbələri qəbul edən əksər universitetlərinin müxtəlif təqaüd proqramları və güzəştlərin olması;
Əcnəbi tələbələr üçün ingilis və alman dillərində tədris proqramları;
Macarıstanın səfirliyinin təhsil vizasını digər Avropa ölkələri ilə müqayisədə daha asan verməsi;
Macarıstanda xarici tələbələrə verilən oturum izni əsasında digər Şengen zonası ölkələrinə səyahət etmə imkanı;
Budapeştdən bir çox Avropa şəhərlərinə ucuz birbaşa təyyarə reyslərinin mövcudluğu;
Təhsil aldığı zaman və məzun olduqdan sonra Avropada işləmək və yaşamaq imkanının olması və s.

Əcnəbilər üçün qəbul qaydaları Redaktə
Hər ali məktəb əcnəbilər üçün qəbul qaydalarını özü müəyyən edir. Lakin qaydalar ümumilikdə oxşardırlar:

Bakalavrda təhsil almaq üçün IELTS 5.0-6.0 və ya TOEFL 60-80 bal, orta məktəbi bitirmək haqqında attestatın (11-ci sinifdə oxuyanlar üçün müvafiq arayışın) rəsmi tərcümə və təsdiq olunmuş surəti;
Magistratura proqramları üçün isə IELTS 5.5-6.5 və ya TOEFL 70-90 bal, bakalavrı bitirmək haqqında attestatın (son kursda oxuyanlar üçün müvafiq arayışın) rəsmi tərcümə və təsdiq olunmuş surəti bəs edir.
Bu sənədlərlə yanaşı ali məktəbdən, ixtisasdan və dərəcədən asılı olaraq bəzi ali məktəblər motivasiya məktubu, CV, tövsiyə məktubu, digər sertifikatlar və sənədləri, bəzi hallarda isə Macarıstanda qəbul imtahanında iştirak etməyi tələb edə bilərlər.

Demək olar ki, bütün ali məktəblərə qəbul zamanı dil sertifikatı olmayan şəxslər universitet tərəfindən təşkil olunmuş ingilis dili imtahanından keçməlidirlər. İmtahandan keçən şəxslər dərhal birinci kursa başlayırlar, keçə bilməyən şəxslərə isə universitet tərəfindən hazırlıq kursları təşkil olunur.

Ən prestijli və yüksək keyfiyyətli təhsil sahələrindən biri tibbdir və dünyanın 100-dən çox ölkəsindən Macarıstana tibb təhsili almağa gəlirlər. Bir çox hallarda ilk öncə əsas tibbi biliklər hazırlıq kursu (adətən 1 il) təklif olunur. Bu hazırlıq kursu məktəbdə İngilis dili, Fizika, Kimya və Biologiya elmlərinə kifayət qədər yiyələnməyənlər üçündür. Adətən Latın və Macar dili kurslarını da tədris olunur ki, sonradan xəstəxanalarda praktiki məşğələlər zamanı çətinlik olmasın. Bu hazırlıq kursunu müvəffəqiyyətlə bitirən tələbələr müxtəlif Macarıstan universitetlərinin Tibb və Sağlamlıq fakültəsində təhsillərini davam etdirə bilərlər
Azərbaycanlıların Macarıstanda təhsili
Azərbaycanlılar Macarıstanda təhsil üçün daha çox 1990-cı illərdə maraqlanmağa başlayıblar və artıq 90-cı illərin ortalarından hər il bir neçə tələbə Mərkəzi Avropa Universitetində təhsil alıb. Daha sonralar Azərbaycanlılar digər ali məktəblərdə də təhsil almağa başlayıblar və hazırda Macarıstanda 10-dan çox ali məktəbdə Azərbaycanlı tələbələr təhsil almaqdadırlar. Macarıstan-Azərbaycan Gənclər Birliyi Macarıstanda təhsili Azərbaycanda təbliğ etməkdədir və bu layihə “StudyinHungary” adlanır. Bir çox universitet məzunları Macarıstanda qalaraq işləməklə Macarıstan azərbaycanlılarına çevrilmişlər.
TƏHSİL MƏQSƏDLİ UZUNMÜDDƏTLİ  (D) ŞENGEN VIZASININ RƏSMILƏŞDIRILMƏSI  ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏRİN SİYAHISI
1) Xarici pasport:    
 – pasportun bitmə müddəti Şengen ərazisini tərk etdikdən sonra ən azı 3 ay etibarlı olmalıdır;
 – pasport son on il ərzində verilməlidir;
 – pasportda ən azı iki boş səhifə olmalıdır;
2) Viza üçün ərizə forması:

  • Viza üçün ərizə forması – tam və aydın doldurulmalı, səfər tarixləri dəqiq göstərilməklə ərizəçi tərəfindən  şəxsən  imzalanaraq təqdim olunmalıdır. Ərizə forması üçün zəhmət olmasa File 1 və File 2 düyməsinə basın. Əlavə məlumat üçün bura daxil ola bilərsiniz: http://www.bmbah.hu.
    3) Şəkil:
  • Son 6 ayda, ağ fonda çəkdirilmiş 3,5 x 4,5 ölçüsündə 2 ədəd rəngli şəkil tələb olunur. 1 şəkil ərizənin üzərinə yapışdırılmalıdır, digəri isə sənədlərə əlavə olunmalıdır.
    4) Tibbi sığorta:
  • Əgər tələbə universitet tərəfindən tibbi sığorta ilə təmin olunursa, bu haqda məlumat dəvət məktubunda qeyd olunmalıdır. Bundan əlavə, Şengen sazişinin bütün üzv ölkələri ərazisində etibarlı olmaq şərti ilə tibbi məqsədlər üçün bütün xərcləri, o cümlədən vətənə göndərməni əhatə edən və 30.000 avrodan aşağı olmayan 30 günlük səyahət sığortası (sığorta Şengen Sazişi üzv ölkələrinin ərazisində planlaşdırılan gediş tarixindən qüvvədə olmalıdır) təqdim olunmalıdır;
    5) Təhsil məqsədli səfər üçün aşağıdakı sənəd tələb olunur:
  • Universitetdən dəvət məktubu (Letter of Acceptance): təhsilin başlanğıc tarixi, ödənişin olunduğu haqda məlumat (əgər təhsil ödənişlidirsə) və digər məlumatlar.
    6) Macarıtanın ərazisində qalacağınız yer haqqında aşağıdakı sənədlər tələb olunur:
    – Əgər yaşayış yeri universitet tərəfindən təmin olunursa, o zaman müvafiq ünvanın dəvət məktubunda göstərilməsi zəruridir;
  • Əgər tələbə özü kirayə ev tutursa, o zaman icarədarla olan müqavilə və həmçinin mənzil sahibindən son bir ay ərzində verilən əmlak kağızı (kupça).
    7) Maddi təminatı təsdiq etmək üçün aşağıdakı sənədlər tələb olunur:
  • Əgər şəxs işləyirsə – iş yerindən arayışın orijinalı: işçinin maaşı, işəgötürənin VÖEN, möhür, imzası, ünvanı və əlaqə məlumatının yazılması şərti ilə; arayış notariusda ingilis dilinə tərcümə və təsdiq olunmalıdır (orijinalı ingilis dilində təqdim etmək olar, möhür və imza ilə), və əmək haqqı göstərilməklə elektron hokümət portalından iş yerindən arayış (www.e-gov.az); – Fərdi sahibkarlar üçün – qeydiyyat haqqında şəhadətnamə (VÖEN), notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş, və son 6 ayın vergi ödəməsi haqqında Azərbaycan Respublikasının Vergilər Nazirliyindən arayış;
    – Fərdi özəl müəssisə üçün – reyestr haqqında çıxarış, notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş;
  • Şəxs təqaüdçü (pensioner) olduğu halda – Əhalinin Dövlət Sosial Müdafiə Fondundan  təqaüdün məbləği  haqqında  arayış  (notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş);
  • Əgər şəxs tələbədirsə – təhsil aldığı yerdən arayış: arayışın səfirliyə təqdim edilməsi, təhsil müəssisəsinin ünvanı və əlaqə məlumatı, məsul şəxsin imzası və möhürü qeyd olunmalıdır; notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş və ya belə bir arayışı almaq mümkün olmadıqda (bayram və tətil günləri ilə bağlı) tələbə biletinin surəti notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş;
    Tələbələrin şəxsi gəlirinin olmaması səbəbindən, valideynlərdən biri səyahət  müddətində  xərcləri öz üzərinə götürməsi haqqında, notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş öhdəlik məktubu təqdim etməlidir.  Bundan əlavə, həımin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən və bankdan arayışı məktuba əlavə olunaraq təqdim olunmalıdır. Qohumluluq əlaqəsini təsdiq edən sənəd: tələbənin doğum haqqında şəhadətnaməsinin surəti, notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş.
     – Bütün kateqoriyalara aiddir – bank hesabı  haqqında arayış (hesab haqqında tam məlumat olmalıdır, ingilis dilində) və son 6 ayın çıxarışı.
    DİQQƏT!!! 18 yaşına çatmamış tələbələr valideynlərindən notarial qaydada, ingilis dilinə tərcümə  və təsdiq olunmuş xaricə səfər etmələrinə və yaşamalarına dair icazə məktubu təqdim etməlidirlər.
    Tələbənin “StipendiumHungaricumScholarship” dövlət təqaüdü aldığı halda 7-ci bənddə qeyd olunan sənədlərə ehtiyac yoxdur.
    Bu halda viza rüsumu tələb olunmur.  
    Tələbə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə getdiyi halda 7-ci bənddə qeyd olunan sənədlərə ehtiyac yoxdur.
    Bu halda viza rüsumu tələb olunur. 
    6) Aşağıdakı sənədlərin surəti zəruridir:
    1. xarici pasport (ərizəçi haqqında məlumat və onun imzası olan səhifə(lər)
    və son üç 3 ildə şengen vizaların surətləri, əgər varsa;
    2. şəxsiyyət vəsiqəsi;
    3. Şengen vizası üçün tibbi sığorta (4cü bəndə uyğun olaraq);
    4. təyyarə bileti;
    5. həyat yoldaşı ilə gedirsə, nigah haqqında şəhadətnamənin surəti,
    notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş.
    Bütün sənədlərin sürəti A4 variantında olmalıdır.
    Macarıstan Səfirliyinin Konsulluq Şöbəsi yalnız sənədləri qəbul edir və onları Macarıstanın Miqrasiya Şöbəsinə göndərir. Beləliklə, viza il bağlı qərar Macarıstan Səfirliyinin Konsulluq Şöbəsi tərəfindən deyil, Macarıstanın Miqrasiya Şöbəsi tərəfindən verilir.
    Sənədlərə baxılma müddəti ortalama iki həftədən bir ayadək vaxt aparır.
    Macarıstanın Miqrasiya Şöbəsi əlavə sənədlər tələb edə bilər.
    Macarıstandan  göndərilən sənədlər skan (çap edilmiş) formasında qəbul oluna bilər.
    Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı halda, Azərbaycan Respublikasının ərazisində qanuni yaşayış icazəsi olmalıdır. Ərizəçi Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayış üçün icazə haqqında sənəd təqdim edirsə, o zaman sənəd minimum 3 ay etibarlı olmalıdır. 
    Macarıstan mədəniyyəti
    Dünya ölkələri arasında xüsusi yer tutan dövlətlərdən biri də Macarıstandır.20 dən çox şəhəri olan Macarıstan geniş yaşayış kütləsinə sahibdir.İndisə şəhərlər haqqında ayrılıqda məlumat verim
    Budapeşt Macarıstanın paytaxtı olmaqla yanaşı həmdə turizm mərkəzidir. Burada mədəniyyət mərkəzinin əsasını Buda qalası təşkil edirdi.Qala keçmişdə kral sarayı olaraq istifadə edilmişdi,indisə şəhərin əsas mədəniyyət obyektidir.
    Ferrari dünyası,Yaş Waterworld,Emirates Avto muzeyi , Qəhrəmanlar Meydanı və.s şəhərin əsas mədəniyyət mərkəzləridir.
    Bunların içərisində diqqəti daha çox çəkən Ferrari dünyası Abu Dhabi parkıdır. Ferrari markasını daşıyan ilk və tək əyləncə parkı olan Ferrari World Abu Dhabi Yaş adası üzərində yerləşir.2010-cu ildən etibarən bura gələnlərin əsas mərkəzinə çevrilmişdir. Bu park xüsusilə sürət həvəskarlarının və mühərrik idman növlərinə marağı olan şəxslərin axın etdiyi bir parkdır.

Debreçen şəhəri Budapeştdən sonra 2-ci böyük şəhəridir.Debreçen Rok musiqisinin əsas mərkəzidir. Həmçinin dövlətin yaranması ilə 20 avqust tarixində ənənəvi olaraq Gül Karnavalı keçirilir.

Zalakaroş öz termal bulaqları ilə bura gələn şəxsləri cəlb edir.
Bu möcüzəli şəhəri kəşf etmək üçün gəzmək lazımdır
Macarıstan iqtisadiyyatı
ÜDM görə adambaşına düşən orta illik gəlir 13.487 ABŞ dolları. (2015)[27]

Ixracat əsaslı iqtisadiyyata sahib olan Macarıstan, beynəlxalq iqtisadi konjonktürün yaratdığı risklərə açıqdır. Xarici ticarətinin böyük bir hissəsini AB ölkələri ilə edir. Əsas məhsul qruplarına görə xarici ticarət əlaqələrində maşınlar, elektron əşyalar və nəqliyyat vasitələri ölkənin idxal və ixracatında əsas sektorlar olaraq ön plandadır. Idxalatın təxminən 50%-ni, ixracatın isə 60%-ni bu üç sektor təşkil edir.

21-ci əsrdə Macarıstan orta güc hesab edilir. Belə ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə Macarıstan 191 ölkə arasında ÜDM-nin həcminə görə 57-ci, adambaşına düşən ÜDM həcminə görə isə 58-ci pillədə qərarlaşmışdır. Sənaye və texnologiya sektorları sürətlə inkişaf edən bu ölkə dünyanın 35-ci ən böyük ixracatçısı və 34-cü ən böyük idxalatçısı hesab olunur. Çox yüksək həyat standartları olan Macarıstan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələr arasında yüksək gəlirli iqtisadiyyata sahib olması ilə seçilir.[19][20]

Macarıstan 2004-cü ildə Avropa İttifaqına üzv olmuş və 2007-ci ildən etibarən Şengen zonasına daxil olmuşdur.[21] Macarıstan hal-hazırda BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası və başqa bir çox təşkilatın üzvüdür. Zəngin mədəni tarixə sahib olan Macarıstanda incəsənət, musiqi, ədəbiyyat, idman, elm və texnologiya sahələri yaxşı inkişaf etmişdir.[22][23] Macarıstan Avropanın 11-ci ən çox turist qəbul edən ölkəsi hesab olunur. 2015-ci il ərzində buraya müxtəlif ölkələrdən 14.3 milyon nəfər turist səyahət etmişdir.[24] Macarıstan dünyada ən böyük termal su mağarasına və ikinci ən böyük termal gölə ev sahibliyi edir. Mərkəzi Avropa regionunda yerləşən ən böyük göl olan Balaton gölü də buradadır.

http://Gencsenbasla.az

Facebook Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir