Dünyanı idarə edən tərəzi-İqtisadi Tarazlıq

Faydalı Xəbərlər

İqtisadi Tarazlıq

Tazarlıq anlayışı,bazar tarazlığı dedikdə,ayrı-ayrı bazarlarda tələb və təkləfin bərabərliyi,daha doğrusu,tarazlığı,bir-birinə daha çox yaxın olması nəzərdə tutulur. Bazar tarazlığı modeli tələb və təklif mahiyyətini, onların qiyməti ilə qarşılıqlı əlavə mexanizmi aydınlaşdırmaq üçün çox əlverişlidir. Tələb və təklif bərabərliyi şəraitində qərarlaşan qiymətlər tarazlıq qiyməti adlanır.

Tarazlığın yaranma pirinsipi: tutaq ki, hər hansı məhsula tələb çoxdur. Bu zaman isə təklif azdır. Bu zaman məhsulun qiyməti qalxacaqdır. Səbəb isə hər hansı məhsulun bazarda az olmasıdır. Məhsul bazara az çıxarılarsa bir o qədər də qiymət çox olar. Qiymətin çox olması ilə əlaqədar olaraq bazarda məhsul çoxalır. Bununla da qiymət aşağı düşür. Qiymət aşağı düşdükcə bazarda məhsullar azalmağa başlayır. Bu ardıcıllıqla tələb vı təklif tarazlığı mövcud vəziyyətə göre dəyişikliyə məruz qalır. Tələb və təklifin arasında tarazlıq arasında fərq çox olarsa buna dövlət nəzarət edəcəkdir. Qiymət bazarda olan məhsulun az olub olmamasına görə deyişir. Qiymət yalnız bununla dəyişmir. Sadəcə bazardan asılı olaraq bu cür deyişikliyə məruz qalır. Qiymətin dəyişmə səbəbinin demək olar ki, 50%-dən çoxu məhsulun bazarda az və ya çox olmasıyla əlaqədardır.
Real qiymət tarazlıq qiymətindən yüksək olarsa, satıcı öz müştərilərinin bir qismini itirmiş olur, alıcı isə malik olduğu pula tələbatını ödəyəcək qədər əmtəə əldə edə bilmir. Yəni real qimət tarazlıq qiymətindən yüksək olduqda satıcı satış əldə edə bilmir. Bununla da satıcı öz müştərilərini itirir. Alıcının satıcıdan məhsulu almaması isə qiymətin baha olmasından irəli gəlir. Başqa sözlə desək, alıcının əlində olduğu pulun miqdarına düşəcək məhsul alıcının tələbatından az olur. Buna görə də satıcılar müştərilərini itirir.

Bazarın qiyməti tarazlıq qiymətindən aşağı olduqda isə satıcı mənfəətini itirir və hətta istehsal xərclərini də ödəyə bilmir. Qiymətin tarazlıq qiymətindən aşağı olması alıcı üçün də əlverişli deyil. Çünki müəyyən müddətdən sonra özünə lazım olan əmtəəni həmin qiymətə tapa bilməyəcəkdir. Yəni bu onu göstərir ki, bazarın qiyməti tarazlıq qiymətindən aşağı olsa, satıcı əlində olan məhsulu maya dəyərindən aşağı satmaq məcburiyyətində qalacaqdır. Bununla da satıcı ziyan etmiş olacaq və hətta məhsulun hazırlanmasında çəkilən xərcləri də qarşılaya bilməyəcəkdir. Bununla da satıcı iflas edəcəkdir. Bu vəziyyət alıcı üçün də əlverişli deyil. Səbəbi isə alıcı ona lazım olan məhsulu həmin qiymətə tapanmayacaqdır. Məhsul baha oıduqda isə alıcı özünün tələbatından az məhsul alacaqdır. Bununla da tələb aşağı düşəcəkdir. Tələbin aşağı düşdüyünü görən dövlət tələbi artırmaq üçün fəal müdaxilə edəcəkdir. Bununla da ölkə iqtisadiyyatı canlanacaqdır. İqtisadi tarazlıq iqtisasiyyatın güclü olması üçün lazımdır. İqtisadi tarazlıq nə qədər güclü olarsa, ölkə iqtisadiyyatı da bir o qədər də güclü olar.

Hazırladı: Şamil Abdukerimov

Facebook Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir