Bakı şəhərində yaşayan valideynlərin nəzərinə

Layihələr Xəbərlər

Bakı şəhərində yaşayan valideynlərin nəzərinə!

Baku IdeaLab və Böyük Britaniyanın “Konflikt, Sabitlik və Təhlükəsizlik” Fondunun dəstəyi ilə həyata keçirilən “Öz Səsini Kəşf Et” proqramı çərçivəsində “Biz Bacardıq” layihəsi üçün müraciət başladı.

“Biz Bacardıq” layihəsinin əsas məqsədi Bakı şəhərində yaşayan 15 nəfərdən ibarət xüsusi qayğıya ehtiyacı olan fiziki məhdudiyyətli (Poliomielit, Spina bifida, Miopatiya, Şarko – Mari, yüngül dərəcəli Uşaq Serebral iflic, hər hansı bir bədən üzvünün amputasiyası) uşaqların valideynlərini düzgün davranış və ünsiyyət metodları barəsində, habelə uşaqları haqda yaranmış stereotiplər barəsində maarifləndirmək, 9-12 yaş arası fiziki məhdudiyyətli uşaqlarda özgüvən hissini yaratmaq, sosiallaşdırmaq, cəmiyyətimizi xüsusi qayğıya ehtiyacı (fiziki məhdudiyyətli) olan insanlar haqqında məlumat verməkdir. Bu məqsədlə valideynlər və onların uşaqları üçün təlim sessiyaları keçiriləcəkdir.

Təlimlər: valideynlər üçün – 22; 23 Fevral, uşaqlar üçün – 28-1 Mart müddətində baş tutacaqdır.
Məkan dəstəyi “İnci Psixoloji Reabilitasiya Mərkəzi”nə məxsusdur.

Dəstəklərinə görə “İnci Psixoloji Reabilitasiya Mərkəzi” nə və “Stage New Life” rəqs qrupuna təşəkkür edirik!

Müraciət linki:
https://forms.gle/ZZveucioMp5ESimeA

Müraciət üçün son tarix: 16 Fevral 2020
QEYD:Təlimlərimizdə valideyn olaraq yalnız analar iştirak edəcəkdir.
İŞTİRAK TAMAMİLƏ ÖDƏNİŞSİZDİR!

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:
Email: [email protected]
Mobil:+994506492254; +994558986860

Eventin linki:
https://facebook.com/events/s/biz-bacardiq/611471802981124/?ti=cl

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir